Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakı metrosunda gündəlik sərnişin axını -150 minədək azalıb

 

“Koronavirus təhlükəsinə görə ölkədə martın 1-dən etibarən təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması ilə bağlı “Bakı Metropoliteni” QSC-nin stansiyalarında sərnişin sıxlığı nəzərəçarpacaq dərəcədə azalıb”.

Yenixeber.org: Bu barədə qurumun Hərəkət xidmətinin rəisi Etibar İsayev “AVTO FM” radiosunun efirində bildirib.

O vurğulayıb ki, metroda sərnişin sıxlığının azalmasını məhz təhsil müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqələndirmək olmaz: “Belə ki, mövcud problemlə əlaqədar olaraq əhalinin bir qismi şəhərə çıxmamağa çalışır. Hazırda metroda gün ərzində 100-150 minədək sərnişin azalması müşahidə edilir”.

Xatırladaq ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirusun yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Qeyd edək ki, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam