Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İndoneziyadakı səfirlik - koronovirusa görə Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycanın İndoneziyadakı səfirliyi yeni tip koronavirus (COVlD-19) epidemiyasının akkreditə olduğu ölkələrdə sürətlə yayılması ilə bağlı bu ölkələrdə yaşayan vətəndaşlarımıza müraciət edib.

Yenixeber.org: Səfirlikdən bildiriblər ki, səfirliyin akkreditə olduğu ölkələr olan İndoneziya, Sinqapur, Filippin və Timor-Lestedə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan Azərbaycan vətəndaşlarının mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə “Qaynar xətt” (Əlaqə telefonu: +6281295622297; +6281293596611) yaradılıb.

Səfirlik vətəndaşlardan koronavirusdan effektiv şəkildə qorunmaq üçün yaşadıqları ölkələrin müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etməyi, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmağı və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomları yarandığı halda təcili tibbi müayinədən keçməyi xahiş edir.

Bununla yanaşı, səfirlik rəsmi veb-səhifəsinə və sosial şəbəkələrdəki hesablarına müvafiq məlumatları yerləşdirib və akkreditə olunan ölkələrdə yaşayan vətəndaşlar ilə operativ əlaqənin qurulması üçün ümumi “Whatsapp” qrupu yaradıb. Səfirlik mütəmadi olaraq vətəndaşlarla əlaqə saxlayaraq, onlara mövcud şərait ilə əlaqədar diqqətli olmağı və təlimatlara riayət etməyi tövsiyə edir.

Eyni zamanda, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azadılması məqsədilə təcilli olmayan konsulluq əməliyyatları təxirə salındığı və vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacağı vurğulanıb.

Səfirlikdən verilən məlumata əsasən bu günə olan tarixə qədər səfirliyin akkreditə olduğu ölkələrdə yaşayan həmvətənlərimizdə koronovirusuna yoluxma halı müşahidə olunmayıb və bununla bağlı səfirliyimizə heç bir məlumat daxil olmayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam