Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nazirlik aptek və ərzaq mağazaları ilə bağlı məlumat yayıb

 

            Ərzaq mağazaları və apteklərin fəaliyyətində hər hansı məhdudiyyətlər yoxdur.
 Yenixeber.org: Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanlar olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və "Mall"ların fəaliyyəti bir ay müddətinə dayandırılıb.

İqtisadiyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur və həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər. Adi iş rejimi həmçinin, ticarət mərkəzləri və "Mall"ların nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam