Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu gün -Quba Soyqırımı Memorial Kompleksi onlayn ziyarət olunacaq

Kompleksə feysbuk səhifəsi üzərindən ziyarət ediləcək

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycanda xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar  Quba Soyqırımı Memorial Kompleksi ziyarətçi qəbul etməyəcək. 

Yenixeber.org: Bu barədə Şimal bürosuna Quba Soyqırımı Memorial Kompleksinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova məlumat verib. 

O bildirib ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kompleksə onlayn ziyarət təşkil olunacaq: "İnsanların sıx toplaşması qadağan edildiyindən, kompleksə feysbuk səhifəsi üzərindən səyahət etmək mümkündür. Səhifədə kompleks barəsində ətraflı məlumatlar da var”.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam