Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Cənubi Koreyada - koronavirusa yoluxanların sayı 10 minə çatır

Cənubi Koreyada koronavirus pandemiyasından ölənlərin sayı artıb.

Yenixeber.org: Bu barədə Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz bildirib.

Belə ki, bir gün ərzində koronavirusa 89 yoluxma qeydə alınıb.

Mərkəz qeyd edib ki, ölkədə COVID-19-dan 261 nəfər sağalıb. Koronavirusa yoluxanların ümumi sayı 9 976 nəfərə qədər artıb, 169 insan pandemiyanın qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyensan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonaları elan edilib. Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanması növbəti dəfə, 9 aprelə qədər təxirə salınıb. Aprelin 5-dək sakinlərdən evlərini tərk etməmələri tapşırılıb, idman, əyləncə və dini ayinlərin keçirildiyi yerlər bağlanıb.

Bundan başqa aprelin 1-dən başlayaraq Cənubi Koreyaya xaricdən gələn bütün şəxslər vətəndaşlığından asılı olmayaraq 2 həftəlik məcburi karantinə cəlb olunacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam