Redaktor seçimi
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Günün xəbəri

ABŞ-da - koronavirusdan ölənlərin əksəriyyəti qaradərililərdir

Amerika Birləşmiş Ştatlarından (ABŞ) koronavirusa yoluxaraq ölənlərin 78%-i Amerika afrikalılarıdır.

Yenixeber.org: Bununla bağlı məlumatı əyalətlərin bələdiyyə rəhbərləri təsdiqləyib. 

Belə ki, ötən həftə ABŞ-ın Çikaqo şəhərində COVID-19-dan ölən 98 nəfərin 80-i Amerika afrikalısı olub. 

Bu fakt Amerika mətbuatının ən çox diqqətinin yönəldiyi hadisədir. Belə ki, televiziya kanalları daha çox virus qurbanı olan Afrika kökənli insanların hekayəsini ekranlara gətirərək, onların ailələrinin fikirlərini bölüşürlər. İqçilik mübahisələrinin tez-tez gündəmə gətirildiyi ABŞ-da bu dəfə də mövzu aktuallığını qoruyub saxlayır. 

ABŞ-ın Virciniya ştatında Təmsilçilər Məclisi üçün seçkilərdə mübarizə aparan Kameron Veb koronavirusun ABŞ-da qaradərililərlə ağlar arasındakı iqtisadi bərabərsizliyi bir daha ortaya qoyduğunu açıqlayıb. 

Birləşmiş Ştatların həkimləri isə qaradərililərin ömürlərininin ağdərililərlə müqayisədə daha qısa olduğunu və xüsusilə bu insanların artıq çəkidən əziyyət çəkdiklərini, diabet, ürək, ağciyər və təzyiq kimi xəstəliklərin daşıyıcıları olduğunu bildirib. 

Bu mövzuda araşdırmalar aparan sosioloqlar isə Amerika afrikalılarının əksəriyyətinin koronavirus əleyhinə qoruyucu vasitələrdən (əlcək və maska) istifadə etmədiklərini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam