Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qazaxıstan səfirliyi açıqlama yaydı-Öldürülən azərbaycanlı ilə bağlı

 

“Qazaxıstan həlak olmuş Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verir. Bu gün mərhumun nəşi Azərbaycan tərəfinə verilib”.

Yenixeber.rg: Bu, Qazaxıstanın Azərbaycandakı səfirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, hadisə barədə dolğun məlumat Azərbaycan hökumətinə təqdim edilib.

“Qazaxıstan Azərbaycan vətəndaşları tərəfindən dövlət sərhədinin pozulması hallarının artmasından narahatlıq bildirir. 2017-ci ildən bu günədək Azərbaycan Respublikasının 41 nəfər vətəndaşı saxlanılıb, bunlardan 33-ü Qazaxıstanın dövlət sərhədini pozmaq üstündə məhkum edilib”, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, aprel ayının 30-da Xəzər sularında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının 4 nəfər vətəndaşı saxlanılıb. Sərhədçilər tərəfindən silah tətbiqi nəticəsində Azərbaycan vətəndaşlarından biri ölüb, ikisi yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam