Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Əli Kərimlinin daha bir cangüdəni həbs olundu

 

Polis AXCP sədri Əli Kərimlinin daha bir cangüdənini saxlayıb.

Yenixeber.org: Məlumata görə, AXCP üzvü Səid Məmmədzadə bıçaqlamaq ittihamı ilə həbs edilib. Müxalifət partiyasından Səid Məmmədhadənin Əli Kərimlinin cangüdənlərindən biri olduğunu bildiriblər.

DİN-in mətbuat katibi Ehsan Zahidov agentliyə açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, Səid Məmmədzadə öz maşınyuma yerində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.

DİN rəsmisi onu da bildirib ki, S.Məmmədzadə əvvəllər insan oğurluğuna görə, ikinci dəfə isə soyğunçuluğa görə məhkum edilib.

Hazırda ona qarşı 221.3-cü maddə ilə xuliqanlıq ittihamı irəli sürülüb, o, məhkəmə qərarı ilə üç ay müddətinə həbs edilib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Baş Prokurorluğu Əli Kərimlinin başqa bir cangüdəni-Niyaməddin Əhmədova qarşı cinayət işinin başlandığını elan etmişdi. O, Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam