Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İstanbulun-üç böyük körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

 

 

Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən üç böyük körpü - “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet”, “Yavuz Sultan Səlim” körpüləri, eləcə də, tarixi abidələrdən olan “Qalata qülləsi” 28 May – Azərbaycanın Respublika Günü münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb.

Yenixeber.org: Azərbaycan Respublikasının Türkiyədəki Baş konsulluğundan yerli büromuza verilən məlumata görə, bu tarixi kompozisiya Baş konsulluğun təşəbbüsü, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi (XİN), İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub. Diplomatik nümayəndəlikdən bu xüsusi təbrik mesajının qardaş Türkiyənin Azərbaycana xüsusi diqqətinin bariz təzahürü olduğu deyilib.

Gecə saatlarında başlayaraq Azərbaycan bayrağının üç rəngində, mavi, qırmızı və yaşıl olmaqla baş tutan işıqlandırma dörd kompozisiya üzrə dəyişərək İstanbul boğazına, Mərmərə dənizinə xüsusi gözəllik verib.

İşıqlandırma səhər saatlarına qədər davam edəcək.(report)

Vüsalə Abbasova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam