Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

 Britaniyada-COVID-19-dan ölənlərin sayı 38,3 mini ötdü

 

 

Britaniyada bir gün ərzində koronavirusdan daha 215 nəfər ölüb.

Yenixeber.org: RİA "Novosti" xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Oliver Douden keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ölkədə pandemiya qurbanlarının sayı 38 376 nəfərə çatıb. 

Son sutkada koronavirusa yeni yoluxma hallarının sayı 2 445 təşkil edib. Bununla da COVID-19 xəstələrinin ümumi sayı 272 826 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Britaniyada 324 insan təhlükəli virusdan ölüb, 2 095 nəfərin koronavirusla bağlı analizi müsbət olub. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam