Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

ATƏT-in monitorinqi bu dəfə insidentsiz keçdi

 

Cəbhədəki monitorinq insidentsiz başa çatıb.

"Xeberinfo.com":  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən , ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.

Qeyd edək ki, 2015-ci ilin yanvar və fevral ayları ərzində Ermənistan tərəfi ATƏT-in monitorinq apardığı zaman cəbhə xəttində 2 dəfə təxribat törətməyə cəhd göstərərək monitorinqin keçirildiyini ərazini atəşə tutublar. Bunlardan biri yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi, digəri isə yanvarın 29-da Qazaxın Məzəm kəndi istiqamətində baş verib. Bu faktları ATƏT-in cəbhə xəttində monitorinq aparan nümayəndələri də təsdiq ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam