Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

53 nəfər-Bakıdan Qazaxıstana yola salınıb

53 nəfər Bakıdan Qazaxıstana yola salınıb
Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 12 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 40 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.
Yenixeber.org: Bakı Limanından verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin “Merkuri 1” və "Professor Gül” bərə gəmiləri ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı testdən keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 2 ay ərzində isə ümumilikdə 90 Qazaxıstan vətəndaşı və 65 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam