Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ukrayna XİN-in bəyanatı -İrəvanı təşvişə saldı

Ukrayna XİN-in bəyanatı İrəvanı təşvişə saldı
Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb.

Yenixeber.org: Buna səbəb Ukrayna XİN-in sərhəddəki vəziyyətlə bağlı bəyanatı olub. Səfiri xarici işlər nazirinin müavini Şavarş Koçaryan qəbul edib.
"Şavarş Koçaryan, Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı verdiyi açıqlaması ilə əlaqədar səfirə Ermənistan XİN-in qiymətləndirməsini təqdim edib", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Ukrayna XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlığını ifadə edib. Rəsmi Kiyev yaydığı bəyanatda münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarı olduğunu açıqlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam