Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Dörd mindən çox rus hərbçisi təlimlərə başladı-Ermənistan, Rostov və Volqoqradda

 

 

 Rusiya Cənub Hərbi Dairəsinin dörd mindən çox hərbçisi Ermənistan, Rostov və Volqoqrad bölgələrində batalyon taktiki təlimlərinə başlayıb.


Yenixeber.org: Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.


Qeyd olunub ki, kəşfiyyat və atəş komplekslərinin tərkibindəki tank bölmələri dağlıq ərazilərin arxasındakı dörd min metrədək məsafədə yerləşən hədəflərə canlı atəş açıblar.


Taktiki batalyon qrupları tam hazır vəziyyətdə təchiz olunaraq Rostov bölgəsində Volqoqrad və Kuzminski yaxınlığındakı Prudboy poliqonunda birləşmiş silah hazırlıqlarına cəlb olunublar.


Bölmələrin manevrli müdafiəsi şəraitində mühəndislik bölmələri döyüş əsnasında zirehli maşınlar üçün sığınacaqların yaradılması və atəş əleyhinə manevrlərin edilməsini təmin edən “Suriya səddi” taktikasından istifadə edib.


Qeyd edək ki, daha əvvəl Şimali və Cənubi Qafqazın beş bölgəsində eyni vaxtda beş mindən çox hərbçinin və 800-ə qədər silah və hərbi texnikanın cəlb olunduğu batalyon taktiki təlimlərinin keçirildiyi bildirilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam