Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Rusiya milyonlarla doza vaksin istehsal edəcək” -Nazir

“Rusiya milyonlarla doza vaksin istehsal edəcək” -  Nazir
Rusiya koronavirus peyvəndinin seriyalı istehsalına sentyabr ayının əvvəlində başlaya bilər.
Yenixeber.org: Bu barədə TASS-a müsahibəsində Rusiyanın Sənaye və ticarət naziri Denis Manturov deyib.

Nazirin sözlərinə görə, N.F.Qamaley adına Milli Tədqiqat Mərkəzinin hazırladığı dərmanı istehsala buraxmağı planlaşdırırlar.

İstehsal üçün Vladimir, Yaroslavski, və Moskva bölgələrindəki üç müəssisədən - “Generium”, “R-Pharm” və “Binnopharm”dan istifadə etmək nəzərdə tutulub.

Manturov istehsalın sentyabrda başlayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, müəssisələr dərmanı buraxmağa hazırlaşır, xüsusən də əlavə avadanlıqlar alırlar.

İlkin mərhələdə bir neçə min doza peyvənd istehsal ediləcək və gələn ilin əvvəlinə qədər şirkətlər istehsalını bir neçə milyona çatdıracaqlar.

Daha əvvəl məlum olduğu kimi, "Vektor" dövlət Virusologiya və Biotexnologiya Tədqiqat Mərkəzi noyabr ayında koronavirusa qarşı peyvənd istehsalına başlamağı planlaşdırır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam