Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Litva Belarusdakı seçkilərin nəticələrini tanımadı-RƏSMİ

 

 Litva Seymi fövqəladə iclas zamanı Belarusdakı prezident seçkilərinin nəticələrini və Aleksandr Lukaşenkonu qanuni lider kimi tanımayan qətnamə qəbul edib.
Yenixeber.org: “Sputnik Litva” xəbər verir ki, qətnamənin lehinə 120 deputat səs verib, əleyhinə çıxan olmayıb. Eyni zamanda iki millət vəkili bitərəf qalıb.

Sənəddə deyilir ki, deputatlar Belarusda demokratik prosedurlara uyğun olaraq yeni seçkilərin keçirilməsini tələb edirlər. Üstəlik, vasitəçilik göstərməyə də hazırdırlar.

"Parlament üzvləri nəticələrin saxtalaşdırılmasına və Avropa İttifaqı (Aİ) səviyyəsində insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan Belarus rəsmilərinə qarşı fərdi sanksiyaların tətbiq edilməsinə çağırır. Təklif olunur ki, onların Aİ-yə girişləri qadağan edilsin və hesablar dondurulsun",- deyə məlumatda qeyd olunub.

Seymin qətnaməsi Litva, Avropa Şurası, Avropa Komissiyası liderlərinə, Avropa Parlamentinə, Aİ-yə və NATO-ya üzv ölkələrin hökumətlərinə ünvanlanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam