Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bir ildən çoxdur dönərxana və kolbasa sexlərində yoxlama aparılmır -RƏSMİ AÇIQLAMA

Bir ildən çoxdur dönərxana və kolbasa sexlərində yoxlama aparılmır -

 

Yenixeber.org:  Son günlər mətbuatda tez-tez tonlarla ölmüş heyvan cəmdəklərinin, xəstə mal və at ətinin paytaxta gətirilərkən saxlanması haqqında məlumatlar yayılır.  Lakin bu ətlərin haraya aparıldığı və kimlər tərəfindən sifariş verildiyi haqqında məlumat verilmədiyi kimi, ciddi araşdırma da aparılmır.

Bəzi iddialara görə, adətən belə ətlər gizli yollarla kolbasa sexlərinə və dönərxanalara verilir.

Mənşəyi bilinməyən ətlərin insan orqanizminə nə dərəcədə zərərli olduğu isə hamıya bəllidir.


Bəs dönərxana və kolbasa sexlərində ətin keyfiyyəti ilə bağlı reydlər aparılırmı?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Modern.az-a açıqlama verib.

Şöbə müdiri dönərxana və kolbasa sexlərində heç bir yoxlamanın aparılmadığını bildirib.

“Biz 2015-ci ilin noyabrından heç bir kolbasa sexində və dönərxanalarda yoxlamalar aparmırıq. Ona görə də bu barədə heç nə deyə bilmərəm”.

Rəsmi qurum təmsilçisinin bu açıqlaması narahatlığa ciddi əsas verir: deməli son vaxtlar müsadirə olunan at-eşşək ətləri elə bu ünvanlara gedir... Elə itmiş eşşəklərlə bağlı izlər də bu obyektlərə aparır desək, yanılmarıq...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam