Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Türkiyə Suriya xalqının təhlükəsizliyini təmin edən bütün təşəbbüsləri dəstəkləyir" -Türkiyə prezidenti

1015440355449

“Bu gecə Amerikanın Aralıq dənizindəki gəmilərindən İdlibə qarşı kimyəvi hücumun həyata keçirildiyi aviabazaya hücum edildi. Suriya aviabazası vuruldu. Suriyanın törətdiyi müharibə cinayətlərinə qarşı atılmış bir addım olaraq bunu müsbət qarşıladığımızı buradan elan etmək istəyirəm”.

Yenixeber.org:   NTV-yə istinadən xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya sərhədindəki Hatay şəhərində keçirdiyi mitinqdə çıxışında deyib. O bildirib ki, Türkiyə Suriya xalqının təhlükəsizliyini təmin edən bütün təşəbbüsləri dəstəkləyir:

“Suriya rejimi İdlibdə vəhşi qətliam törədib, günahsız, müdafiəsiz uşaqlar kimyəvi silahlarla qətlə yetirilib. İnsanları qətlə yetirənlərin özünü təhlükəsiz hiss etməyə haqqı yoxdur. Heç kəs insan qətlini İŞİD-lə mübarizə pərdəsi altında gizlədə bilməz”.

R. T. Ərdoğan ABŞ-ın addımını yetərli görmədiyini də söyləyib: “Mən bunu yetərli görmürəm. Davam etdirmək zorundayıq. Artıq məzlum Suriya xalqını qorumaq üçün hər sahədə addımlar atılmasının zamanı gəlib. Bizə görə, son hadisələr Suriyada terrordan azad edilmiş təhlükəsizlik zonaları yaratmaq barədə mövqeyimizin haqlı olduğunu ortaya qoydu”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam