Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Bakı-Tbilisi-Qars dəmiryolu xətti iyunun axırında istismara veriləcək" -Nazir

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti bu il iyun ayının sonunda istismara veriləcək.

Yenixeber.org:  Bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bildirib.

"BTQ Qars və Mərkəzi Asiya, habelə Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Çin arasında yüklərin daşınmasının təşkilinə imkan verəcək", - Ə.Arslan qeyd edib.

Onun sözlərinə görə, Osmanlı və Səlcuqlar dövlətlərinin memarlıq üslubunda olan Qars dəmiryolu stansiyasının tikintisi artıq yekunlaşmaq üzrədir.

"Yüklərin boşaldılıb-yüklənməsi şəhər kənarında icra ediləcək. Məmnunluqla deyə bilərəm ki, dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir. Türkiyə prezidenti və baş naziri bu beynəlxalq layihənin reallaşdırılmasının gedişini şəxsən izləyirlər", - Ə.Arslan deyib.

Onun sözlərinə görə, türkiyəli istehsalçıların məhsulları BTQ vasitəsilə Qarsdakı logistika mərkəzindən tədarük ediləcək. Bu, tədarükün maya dəyərinin və çatdırılması vaxtının azalmasına səbəb olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam