Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyaya qarşı sanksiyaların ləğvini qadağan edən qanun layihəsi hazırlanıb -ABŞ Senatında

ABŞ Senatında prezident Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etməsini əngəlləmək məqsədilə qanun layihəsi hazırlanıb.

Xeberinfo.com:   Qanun layihəsinə respublikaçı Lindsi Qrem və demokrat Ben Kardin həmmüəlliflik edir.

 Sənədin mahiyyəti bundan ibarətdir ki, əgər Ağ Ev sanksiyaları ləğv etmək istəyərsə, əvvəlcə Konqresin qarşısında bu qərarı ətraflı şəkildə əsaslandırmalıdır. Daha sonra 120 gün vaxt keçməlidir və bu müddət ərzində Konqres üzvləri prezidentin mövqeyi ilə razılaşıb-razılaşmamaq barədə qərar verməlidir. Layihə Senatda say üstünlüyünə malik olan respublikaçıların Con Makkeyn, Marko Rubio kimi nüfuzlu simaları tərəfindən dəstəklənir. Senatın Xarici əlaqələr komitəsinin sədri, respublikaçı Bob Korker də Rusiyaya tətbiq olunmuş sanksiyaların ləğvinin əleyhinədir. Onun mətbuat katibi bildirib ki, senator Korker Rusiyanın Ukraynadakı davranışlarına görə sanksiyaların ləğvinin əleyhinə çıxır.

Senator B. Kardin deyib ki, səsvermədə qanun layihəsinin 67 səs (üçdə iki) toplamasına ümid edir. Bu halda prezidentin sənədə veto qoymaq hüququ olmayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam