Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Pomidor, xiyar, kartof, soğan ucuzlaşıb, kələm, çuğundur, sarımsaq bahalaşıb

Pomidor, xiyar, kartof, soğan ucuzlaşıb, kələm, çuğundur, sarımsaq bahalaşıb

 

Azərbaycanda 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5 faiz artıb.

Yenixəbər.org: Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz artıb.

Ay ərzində bitkiçilik məhsullarından lobya, bibər, tərxun, xiyar, pomidor, qarğıdalı, baş soğan, kartof, albalı, alça və gilasın istehsalçı qiymətlərində azalma, baş kələm, şüyüd, süfrə çuğunduru, baş sarımsaq, yonca və fındığın qiymətlərində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiyməti artıb, südün və quş ətinin istehsalçı qiymətləri isə azalıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam