Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyalı ekspert: Azərbaycanın Rusiya ilə əməkdaşlığı bir çox regional və geosiyasi məsələləri həll edə bilər

 

Azərbaycanın Rusiya ilə əməkdaşlığı bir çox iqtisadi, siyasi, regional və geosiyasi məsələləri həll edə bilər. Bunu Trend-ə Rusiya Elmlər Akademiyasının İqtisad İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev deyib.

Yenixeber.org: Ekspert Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin görüşünü şərh edərkən deyib ki, Soçidə iki ölkə başçısı tərəfindən müzakirə edilən Azərbaycan-Rusiya münasibətləri bu əlaqələrin gələcəyini müəyyən edir.

Onun sözlərinə görə, təbii ki, danışıqların tək mövzusu ikitərəfli münasibətlər olmayıb, beynəlxalq məsələlər də gündəlikdə olub.

Ekspert danışıqların müzakirə mövzusu olaraq növbəti məsələnin isə üçtərəfli formatlarda münasibətlərin inkişaf etdirilməsi olduğunu qeyd edib – Azərbaycan-Rusiya-Türkiyə, Azərbaycan-Rusiya-İran.

Onun sözlərinə görə, iki ölkə əməkdaşlığında Rusiya istehsalı olan silahların Azərbaycana tədarükü də xüsusi yer tutur.

Daha sonra o qeyd edib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə gəlincə isə Rusiya bu münaqişə üzrə daha ardıcıl və ciddi vasitəçidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam