Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ƏHİD XATİRƏSİNƏ HÖRMƏTSİZLİK: SAMUXDA ŞƏHİDİN XATİRƏ OTAĞI ANBARA ÇEVRİLİB –TƏHSİL QURUMLARINDAN NARAZILIQ

ŞƏHİD XATİRƏSİNƏ HÖRMƏTSİZLİK: SAMUXDA ŞƏHİDİN XATİRƏ OTAĞI ANBARA ÇEVRİLİB – TƏHSİL QURUMLARINDAN NARAZILIQ

Samux rayonunun İnstitut qəsəbə sakini, şəhid Həsənov Həsənin valideyni Həsənova Kifayət Qabil qızının müraciətinə əsasən bildiririk ki, İnstitut qəsəbəsində yerləşən tam orta məktəbdə şəhidin xatirəsinə həsr olunmuş sinif otağı ilə bağlı ciddi narahatlıq doğuran hallar mövcuddur.

Yenixeber.org: Valideynin iddiasına görə, şəhid övladının xatirəsinə ayrılmış və şəkillərlə tərtib olunmuş həmin sinif otağı məktəbin direktor əvəzedicisi İbrahimova Aynur və Samux rayon Təhsil Sektorunun müdiri Həsənova Nurlananın iştirakı və göstərişi ilə uzun müddət bağlı saxlanılmışdır. Daha sonra isə bu otaq təyinatı dəyişdirilərək xadimə işçilərinin öhdəsinə verilmiş, nəticədə otaq sanitariya qovşağında istifadə olunan əşyaların yığıldığı anbar halına salınmışdır.
Bu cür yanaşma nəinki şəhid ailəsinə qarşı hörmətsizlik, eyni zamanda milli-mənəvi dəyərlərimizin, şəhidlərimizin əziz xatirəsinin tapdanması kimi qiymətləndirilə bilər. Şəhidlərin adını daşıyan və ya xatirəsinə həsr olunmuş guşə və otaqların qorunması, nümunəvi şəkildə saxlanılması təhsil müəssisələrinin və aidiyyəti qurumların birbaşa borcudur.
İctimaiyyət və şəhid ailələri Samux rayon Təhsil Sektorundan və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bu məsələ ilə bağlı obyektiv araşdırma aparılmasını, səsləndirilən iddialar təsdiqini tapacağı təqdirdə məsul şəxslər barəsində qanunauyğun tədbirlərin görülməsini gözləyir. Eyni zamanda şəhidin xatirəsinə həsr olunmuş sinif otağının əvvəlki statusunun bərpa edilməsi və layiqli şəkildə qorunması tələb olunur.
Şəhidlərimizin xatirəsi xalqımız üçün müqəddəsdir və bu müqəddəsliyə laqeyd yanaşma cəmiyyətdə haqlı narazılıq doğurur. Bu kimi halların qarşısının alınması isə yalnız prinsipial mövqe və məsuliyyətli idarəetmə ilə mümkündür.(xeberleragentliyi.com)
 Araşdırmalarımız davam edir, yazını diqqətdə saxlayacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam