Zaur Mikayılovun oğlunun biznesi ilə bağlı maraqlı detallar üzə çıxdı -FOTOFAKT

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun oğlu Kənan Mikayılovun rəqəmsal biznes layihəsi gündəmə gəlib.
Yenixeberorg.az: Araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında Kənan Mikayılovun yaratdığı onlayn ticarət platforması barədə paylaşım edib. Jurnalist qeyd edib ki, İstanbul Texniki Universitetinin məzunu olan Kənan Mikayılov Azərbaycan biznesləri üçün onlayn mağaza yaratmaq və idarə etmək imkanı verən "alvery.az" SaaS e-ticarət platformasını qurub. Paylaşımda platformada onlayn mağaza abunəliyinin aylıq 39–199 manat aralığında olduğu və hər satış üzrə əlavə olaraq dəyərinin 0,5–2 faizi həcmində komissiya haqqı tutulduğu bildirilib.
Məsələni dəqiqləşdirmək məqsədilə 32gun.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıq reyestr məlumatlarına nəzər salıb.
Məlumat verək ki, "Alvery.az" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1507316841) 22 avqust 2025-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, mənzil 5 ünvanında hüquqi qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi isə Kənan Zaur oğlu Mikayılovdur.(32gun.az)








AZ
RU