Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya:Qiymətlər pulla dəyişdirilib?

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Mirvari Ağayevanın fəaliyyəti ilə bağlı korrupsiya və digər qanun pozuntularına dair iddialar irəli sürülüb.
Yenixeberorg.az: Bu barədə redaksiyamızın qaynar xəttinə şikayət daxil olub.
Həmin kollecdə fəaliyyət göstərən və adının hallanmasını istəməyən müəllimin iddiasına görə, direktorun fəaliyyəti zamanı tələbələrdən pul alınması, imtahan blanklarında qiymətlərin sonradan dəyişdirilməsi və digər qanunsuz hallara yol verilib.
Bildirilib ki, şikayət Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə təqdim edilib. Daxil olan şikayət əsasında Ağdaş Dövlət Humanitar Kollecində artıq üç gündür yoxlama aparılır.
Müəllimin sözlərinə görə, şikayətdə qeyd olunan bəzi hallarla bağlı sübutların əsaslı olduğu qənaətinə gəlinib. Yoxlamanın nəticələrinin yaxın günlərdə məlum olacağı gözlənilir.
Mövzunu diqqətdə saxlayacağıq.(Bakues.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam