Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Rusiya və Ukrayna razılaşır:Ərazi güzəştləri olacaq...

Ukrayna və Rusiya arasında ilkin razılaşma: Atəşkəs, yoxsa imitasiya?!

Ukrayna və Rusiya ABŞ-ın vasitəçiliyi ilə noyabrın 10-da Əbu-Dabidə başlayacaq danışıqlar ərəfəsində ərazilərin mümkün mübadiləsi məsələsində müəyyən çeviklik nümayiş etdirirlər.

Yenixeberorg.az: Bu barədə “Röyters” adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilir ki, danışıqlarda əsas müzakirə mövzularından biri Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri olacaq. Xüsusilə, Kiyevə NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər müdafiə təminatlarının verilməsi ehtimalı müzakirə ediləcək.

ABŞ rəsmisinin sözlərinə görə, tərəflər qapalı danışıqlar zamanı ərazi məsələsində müəyyən kompromisə hazır olduqlarını da nümayiş etdiriblər. Onun fikrincə, ərazilərlə bağlı hər hansı razılaşma, böyük ehtimalla, danışıqların son mərhələsində, müharibədən sonrakı təhlükəsizlik arxitekturası da daxil olmaqla, digər məsələlər razılaşdırıldıqdan sonra əldə oluna bilər.

Amerikalı rəsmi danışıqlar prosesinin vaxt tələb edəcəyini vurğulayıb və Vaşinqtonun irəliləyiş əldə olunması perspektivlərinə ehtiyatlı nikbinliklə yanaşdığını qeyd edib:

“Bu, Rusiya tərəfinin müharibəni başa çatdırmaq üçün həqiqi istək nümayiş etdirdiyini hiss etdiyim ilk məqamdır”.

Qeyd edək ki, Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidə noyabrın 10–11-də üçtərəfli danışıqlar aparması planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam