Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Türkiyənin baş nazirinin erməni müşaviri vəzifədən azad edildi

 

Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli baş müşaviri Etyen Mahçupyan tutduğu vəzifədən azad edilib

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, E.Mahçupyan yaş həddi ilə əlaqədar olaraq, vəzifəsindən kənarlaşdırılıb.
Eyni zamanda Mahçupyan bu məsələ ilə bağlı “Hurriyet”ə danışıb. O, bildirib ki, onu yaş həddinə görə işdən kənarlaşdırıblar: “Bu mərhələdə vəzifəmə fəxri olaraq, davam edirəm. Hazırda ölkə xaricindən işlərimi davam etdirirəm. Yeganə dəyişiklik odur ki, maaş almıram”.
Qeyd edək ki, Roma Papasından sonra Etyen Mahçupyan da “erməni soyqırımı” ifadəsi işlədib. Erməni müşavir belə deyib: "Bosniya və Afrikada yaşananların soyqırımı olduğu qəbul edilərkən, 1915-ci ildə ermənilərə edilənlərə soyqırımı deməmək mümkünsüzdür".
Mahçupyanın sözlərinə görə, Roma Papasının açıqlamasında siyasi nəsə axtarmağa heç bir ehtiyac yoxdur: "Həm ermənilər, həm də qeyri-ermənilər üçün soyqırımı sözünün siyasi tərəflərindən daha çox, psixoloji tərəfləri var".(Azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam