Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ müstəqilliyinin 247-ci ildönümü atəşfəşanlıqla qeyd edib-FOTOLAR

 

Amerika Birləşmiş Ştatlarının əsas milli bayramı olan 4 iyul Müstəqillik Günü atəşfəşanlıqla qeyd olunub.

Yenixeber.org:  Ölkənin müstəqilliyinin 247-ci illiyi münasibəti ilə Nyu-Yorkun Şərq çayının üzərində atəşfəşanlıq şousu təşkil olunub. Milyonlarla insan ənənəvi atəşfəşanlıq şousunu izləmək üçün şəhərin meydan və küçələrinə axın ediblər.

Nyu-York polisi insanların təhlükəsizliyini təmin etmək üçün bir çox mərkəzi meydan və küçələrdə nəqliyyatın hərəkətini məhdudlaşdırılıb.

Atəşfəşanlıq şousunda 60 mindən çox mərmi partladılıb. İyirmi beş dəqiqə davam edən nümayiş zamanı al-əlvan işıqlar Nyu-Yorkun səmalarını aydınladıb. Unikal atəşfəşanlıq şousu yerli mediada canlı olaraq yayımlanıb.

Qeyd edək ki, 1776-cı il iyulun 4-də İkinci Kontinental Konqres Şimali Amerika koloniyalarının Böyük Britaniyadan ayrılmasını bəyan edən Müstəqillik Bəyannaməsini yekdilliklə qəbul edib. Amerikalıların əksəriyyəti bu bayramı sadəcə onun tarixinə görə “Dörd iyul” adlandırırlar.

Adətən bu bayram atəşfəşanlıq, parad, karnaval, yarmarka, konsertlər, beysbol oyunları, ailəvi görüşlər keçirilməklə, barbekyü bişirməklə, siyasətçilərin xalqa müraciətləri ilə, mərasimlərlə, həmçinin Birləşmiş Ştatlar üçün ənənəvi olan ictimai və özəl tədbirlərlə təşkil edilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam