Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Moskva və Ankara beynəlxalq arenada koordinasiyanı gücləndirmək barədə razılığa gəlib

Rusiya və Türkiyə ticari-iqtisadi və energetika sahələrində əməkdaşlığı fəallaşdırmağı, əsas ikitərəfli layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyi planlaşdırırlar.

Yenixeberorg.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) iki ölkənin XİN rəhbərləri Sergey Lavrov və Hakan Fidanın Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü çərçivəsində keçirilən görüşünün yekunlarına əsasən bildirilib.

"Əsas ikitərəfli layihələrin həyata keçirilməsinin gedişinə xüsusi diqqət yetirilməklə ticari-iqtisadi və energetika sahələrində əməkdaşlığın intensivləşdirilməsi ilə bağlı aktual vəzifələr ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.

Nazirlər həmçinin Rusiya və Türkiyənin beynəlxalq arenada, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsində fəaliyyətlərinin koordinasiyasının vacibliyini təsdiq ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam