Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyə ordunu döyüş vəziyyətinə gətirdi – 1200 texnika Suriyaya tuşlandı

 

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya sərhədinə gətirilən tank, raket və topçu batareyaları Suriyaya tuşlanıb.

 

Xeberinfo.com:   Türkiyə mediasına istinadən xəbərə görə, hərbi texnika Türkiyə-Suriya sərhədindəki strateji nöqtələrə yerləşdirilib.

 

Türkiyədən Suriyaya və əks istiqamətdə keçmək istəyənlərə icazə verilmir. “Fırtına” haubitsaları PYD (PKK terror təşkilatının Suriya qolu) və İŞİD terror təşkilatlarının olduğu nöqtələrə tuşlanıb.

 

Məlumata görə, Kilis, Qaziantep, Hatay, Şanlıurfa və Mardin vilayətlərinin Suriya ilə sərhədində 1200-ə yaxın tank, zirehli texnika, haubitsalar və hərbi heyət daşıyan texnika yerləşdirilib. 910 kilometrlik Türkiyə-Suriya sərhədini 65 mindən çox əsgər mühafizə edir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam