Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Şimali Koreyaya qarşı ABŞ-ın addımlarını anlayırıq" -Cənubi Koreyanın baş nazirinin müavini

 

Cənubi Koreya ABŞ-ın Şimali Koreyaya hərbi müdaxiləsini dəstəkləmir.

Yenixeber.org:  Xarici mediaya istinadən xəbərə görə, Cənubi Koreyanın baş nazirinin müavini Honq Yonq-Pyo mətbuata açıqlamasında əhalinin təhlükəsizliyinin daha vacib olduğunu vurğulayıb: “Nüvə başlıqlı ballistik raket sınağını davam etdirən Şimali Koreyaya qarşı ABŞ-ın addımlarını anlayırıq. ABŞ nüvə silahına qarşı qabaqlayıcı tədbirlər görmək istəyir. Amma hər şeydən vacib xalqımızın can təhlükəsizliyidir. Ona görə də, Amerikanın Şimali Koreyaya ola biləcək hərbi müdaxiləsini dəstəkləmirik. Hesab edirik ki, Şimali Koreyanı nüvə ehtirasından imtinaya razı salmaq üçün iki Koreya arasında dialoqa söykənən strategiya qəbul edilməlidir. Biz hazırda tarixi dönüş nöqtəsindəyik. Ya Şimali Koreyanın nüvə silahına sahib olması iddiasını qəbul edəcəyik ya da onları bu pis vərdişdən uzaqlaşdıracağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam