Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ermənistan gələn il Avrasiya İqtisadi İttifaqına qoşulacaq

Ermənistan gələn il Avrasiya İqtisadi İttifaqına qoşulacaq

 

 

   Ermənistan 2015-ci il yanvarın 1-dən Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulacaq.
  "Xeberinfo.com": Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.
    Onun sözlərinə görə, müvafiq müqavilə sabah Minskdə Aİİ-nin iclasında imzalanacaq: "Bundan başqa, Vyetnam, İsrail, Hindistan və Misirlə əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq".
Y.Uşakov qeyd edib ki, Rusiya oktyabrın 3-də, Qazaxıstan isə bu gün müqaviləni ratifikasiya edib: "Bu prosedurun Minskdə keçiriləcəyini gözləyirik".
     O deyib ki, Minsk görüşündə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan prezidentləri iştirak edəcəklər: "Prezidentlərin dekabrda Moskvada daha bir sammiti keçirmək barədə razılığa gələcəyi proqnozlaşdırılır. Aİİ-nin fəaliyyət göstərməsi üçün təqribən daha 50 normativ akt qəbul etmək lazımdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam