Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyada İslam ordusu ...

 

76351

     Yeni yaranan ordu şimal qonşumuzu İŞİD-dən qoruyacaq

"Xeberinfo.com": Rusiya Dövlət Dumasının deputatları maraqlı təkliflə çıxış ediblər.

Məlumata görə, deputatlar RF Silahlı qüvvələrinin strukturunda “müsəlman legion”un formalaşmasını təklif ediblər. Bu təklifin Fransanın Müdafiə Nazirliyinin formalaşdırdığı bənzər sistemə uyğun formada həyata keçirilməsi nəzərdə tutulub. Deputatlar RF Müdafiə Naziriliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bənzər təkliflə müraciət edib.

Parlamentarilərin fikrincə, xarici vətəndaşlardan ibarət bir qoşun birləşməsi yaratmaq Orta Asiyada sabitliyin təminatçısı olacaq. Bu isə Rusiyanı radikal islamçı qruplaşmalardan qorumağa imkan verəcək.

Əsasını Özbəkistan və Tacikistan vətəndaşlarının təşkil etdiyi legionda qulluq edəcək əcnəbilərlə müqavilə bağlayacaqlar. Bu müqavilə müqabilində xarici vətəndaşlara müəyyən məbləğdə pul ödəniləcək. Onlar 6 il hərbi xidmətdən sonra isə Rusiya vətəndaşlığı ala biləcəklər.

Son rəqəmlərə görə, RF ordusunda 295 xarici vətəndaş xidmət edib. Bunlar arasında Tacikistandan və Özbəkistandan – müvafiq olaraq 89 və 66, Azərbaycandan 22 və bir o qədər Ermənistandan, 8 nəfər Belorusiyadan və 9 nəfər – Ukraynadan olan vətəndaşlar da var.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam