Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“ABŞ-ın təklifləri “Türkmənçay” müqaviləsinin şərtləri kimi təhqiredicidir”

 

d09b4150-13cd-4b38-9203-1a3e2a1702f6_16x9_600x338_106

     Amerikalıların Omandakı nüvə danışıqlarında İrana təqdim etdikləri yeni təşəbbüslər və təkliflər vaxtilə bağlanmış alçaldıcı və təhqiredici Türkmənçay müqaviləsinin şərtlərinə bənzəyir.

     "Xeberinfo.com": SalamNews-un İranın “Tasnim” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran Parlamentinin deputatı və bu ölkənin nüvə danışıqları komandasının üzvü İbrahim Karxanei bildirib.

     O, rəsmi Tehranın ABŞ-ın Omandakı müzakirələrdə irəli sürdüyü təklifləri heç vaxt qəbul etməyəcəyini söyləyib.

     Bildirək ki, 1828-ci ildə Çar Rusiyası ilə Qacarlar arasında imzalanmış Türkmənçay müqaviləsinin şərtlərinə əsasən, İran nəzarətində olan İrəvan və Naxçıvanı Rusiyaya verməli olub.

     Omandakı danışıqlarda isə rəsmi Vaşinqton İrandakı nüvə obyektlərinin əvvəlcədən elan edilmədən yoxlanılması, yalnız birinci nəsil sentrifuqaların işlək qalması, Ərak ağır su-nüvə reaktorunun fəaliyyətinin dayandırılması və sair təkliflər irəli sürüb.

    Tehran hökuməti bir il davam edən danışıqlardan sonra bu kimi təkliflərin irəli sürülməsinin danışıqları sıfır nöqtəsinə endirdiyini bəyan edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam