Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Türk qadınlarını Çin məmurlarıyla yatmağa məcbir edirlər...” -HARAY!!!

"Vəzifəli şəxslər bir neçə günlük iş ezamiyyəti adı altında Uyğur evlərinə gəlirlər..." 
Yenixeber.org: Çində müvəqqəti olaraq ərsiz qalan türkdilli etnik qruplardan olan müsəlman qadınları  çinli kişi məmurlarla "yaşamağa" məcbur edirlər. 
Bu haqda “The Independent” nəşri məlumat yayıb. 
Həyat yoldaşları  “siyasi yenidəntərbiyə” düşərgələrinə yerləşdirilmiş  Uyğur qadınlarını nəzarətçi kimi evlərinə soxulan çinli səlahiyyətlilərlə sözün həqiqi mənasında yatağı  paylaşmaq məcburiyyətində qoyurlar. 
Bir müddət əvvəl Çin Kommunist Partiyasının 1 milyondan çox üzvünə “kommunizmin ateist dəyərləri mövzusunda maarifləndirici iş aparmaq üçün” müsəlman uyğur ailələrinin evlərinə yerləşmək əmri verildiyi bildirilmişdi. Partiya işçilərinə uyğur evlərində və mənzillərində yeni "qohumlar" kimi məskunlaşmaq və müsəlman ev sahibləri ilə birlikdə "Çin Kommunist Partiyasının 19-cu qurultayının ruhunu tətbiq etmək" tapşırılıb.
İndi Uyğur-Sintzyan əyalətndə nəzarətin başqa bir forması da var - vəzifəli şəxslər bir neçə günlük iş ezamiyyəti  adıyla Uyğur evlərinə gəlirlər. Onların vəzifələrindən biri də  evində olmayan bir müsəlman ərin yatağında yatmaq olur.  Beləliklə, Uyğur türk-müsəlman qadınları təqib və “yenidən tərbiyə” düşərgələrinə yerləşdirilmək təhdidi altında kənar kişilərlə bir yataqda mütəmadi olaraq yatmalıdırlar...
P.S. “Rəzalət” və “haray!” deməkdən savayı gücümüz nəyə çatır?.. (Moderator)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam