Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Anamı itirdim qırıldı qolum

 

Sevgidən yaranıb gəldim dünyaya,
Məhəbbət sizləri qovuşduranda.
Nazımı, qəmzəmi sərdim dünyaya,
Telimi tək anam ovuşduranda.
*****
Siz deyin, dünyaya niyə gəlmişəm?..
Sifariş olsaydı  gəlməzdim axı.
Deyəsən, ağıldan bir az kəmmişəm,
Yazdığım misranı düzməzdim axı..
*****
O dolmuş ürəyim qaralan bulud,
Çilə tökür gözlərim yağış yerinə.
Qəlbimdə bir səs var, deyir ki, unut,
Bilmirəm, nə deyim barış yerinə,
*****
Məni bu dünyaya gətirdiniz ki,
Günlərin birində tərk edəsiniz?...
Bəhərsiz torpağı niyə əkirdiz?...
Qaralan bəxtimə ərk edəsiniz?..
*****
Suallar müxtəlif, cavablar sadə,
Nöqtəli, vergüllü həyat sinvolum.
Amandı həyatda dönmüşəm yadə,
İtirdim anamı, qırıldı qolum.
*****
Atasız bir qızam eniş yolumdur,
Səninlə axı mən ucaydım ata.
Çözmürəm düyünü belə düyün nə?!..
Adınla axı mən güc aldım ATA!...
*****
Bu səssiz dünyama darılıram mən,
Rolunu oynayan alın yazısı.
"Özüm"də özümə sarılıram mən
Olmuşam bəxtimin "qara bacısı"...
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam