Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

KİMİN SƏSİDİR?

Xeberinfo.com:  

Açılan səhərim qəmlə başlayar,
Günəş də naz edər, dəmlə başlayar,
Sazında dərdi var, bəmlə başlayar,
Mənimlə səs-səsə kimin səsidir?

Sinəsi doludur dəli aşiqin,
Süfrəmi ürəyi vəli aşiqin?...
Qanını içirsə zəli, aşiqin,
Səsində naləsi kimin səsidir?...

Səslərin içində bir kəs danışır,
Qulaq as, dinlə sən, dur, səs danışır,
Səsilə ağladır gur səs danışır,
Səsində kinayə, kimin səsidir?

Səsin də canı var, o da can çəkir,
Varsa əgər oxşarım oda, qan çəkir,
Dinləsəm yanğısı bircə an çəkir,
Sinəmə dağ çəkən, kimin səsidir?

 

TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam