Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Sürgündü dərdim" Təranə Şəms

 

"Sürgündü dərdim" Təranə Şəmsdən yeni şeir

Yenixeber.org: Həmin şeiri oxuculara təqdim edir:

 

Bir ömrün baharı xəzanə dönmüş,

Gedir üzü küləyə yel olmaq üçün.

Ürəkdə sevgisi yamanca ölmüş,

Eşqinə yalvarır öc almaq üçün.

 

Axı ölən sevgiyə necə ağlayım?...

Geriyə dönməz ki, göz yaşı töksəm.

Bulaq idim qurudum necə çağlayım?..

Soyumuş qəlbimə buz daşı töksəm.

 

İsinməz, isinməz bir daha qəlbim,

Ümidsiz yaşamaq mümkünmü sizcə?...

Köksümə yamanca sürgündü dərdim,

Əlləri havada, əsir tək gəzdim.

 

Bu eşqin xəyalı soyuq bir məzar,

Düşünsəm bir anda tir-tir əsirəm.

Ömrümə bəxş etdi sağamaz azar,

Anba-an ömrümdən, ömür kəsirəm.

 

Aldanıb sevməyin dil tökən kəsi,

Bir baxıb görərsən təkcə qalmısan.

Deməyin, taleyim, bəxtimdir əşi!...

Zamanı özündən, özün çalmusan!

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam