Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Baharsız ömrümə çən verdin mənə

Baharsız ömrümə çən verdin mənə

 

 

İnsanam söyləyib qəlbimə girdin,

Sözümüz, dərdimiz  bir olar dedik,

Gözünün yaşını öz yaşım bildim,

Qəlbində o daşı, öz daşım bildim.

 

Yamanca yanıldıb dərs verdin mənə,

Ayıldım;-sanki mən, yuxudaymışam.

Dost ola bilməyən, insan olarmı?...

Allahım, həyatı tərs verdin mənə.

 

Ömürdən çox gedib azı qalıbdır,

Naxələf insanlıq çox sıxır məni.

Gözümdə dostluğun nazı qalıbdır,

Qəhərdi boğazım, çox tıxır məni.

 

Düşünb özümə sual edirəm,

Əcabə, nə etdim mən adamlara?

Bəs nədən önümə insan çıxmayır?

Mən isə dost oldum yad adamlara.

 

Bəxrimə düşəli qismət budurmu?

Allahım, bu qəlbi sən verdin mənə.

İnsanlıq adına ismət budurmu?

Baharsız ömürlə çən verdin mənə.

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam