Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

"Taliban" şirin quyruğu ilə oynamağa başladı-İran-Əfqanıstan sərhədində silahlı insident baş verib

 

"Taliban" şirin quyruğu ilə oynamağa başladı
Taliblərin Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra bu ölkənin qonşu dövlətlərlə münasibətlərinin gərginləşəcəyi barədə səsləndirilən proqnozlar özünü doğrultmağa başlayıb. İlk silahlı insident İran-Əfqanıstan sərhədində yaşanıb.
Yenixeber.org: Əfqanıstanın “Tolo News” telekanalı ölkənin informasiya və mədəniyyət nazirinin ikinci müavini Bilal Kərimiyə istinadən sərhəddə silahlı toqquşmanın dayandığını bildirsə də, belə halların təkrarlanacağı istisna edilmir.
Münaqişə Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətinin Konq rayonunda baş verib. İranın “Tasnim” agentliyinin məlumatına görə, döyüşlərə səbəb iranlı fermerlərin guya sərhədi qeyri-qanuni şəkildə keçməsi olub.
Atışma dövlət sərhədinin pozulması ilə bağlı “anlaşılmazlıq” üzündən başlayıb. Məlum olub ki, iranlı fermerlər qaçaqmalçılarla mübarizə üçün Əfqanıstanla sərhəddə quraşdırılan çəpərləri icazə olmadan keçiblər. Hazırda vəziyyət sabitləşdirilib, - “Tasnim” agentliyi yazıb.


Maraqlıdır ki, bundan əvvəl İran sərhədçiləri ilə “Taliban” hərəkatının döyüşçüləri arasında silahlı toqquşmanın səbəbi kimi əfqan tərəfinin “sərhəd xətti” anlayışını düzgün başa düşmədiyi göstərilmişdi.
Özbəkistanın “Aamaj News” agentliyi isə tərəflərin odlu silahlardan və artilleriyadan istifadə etdiyini, hətta İranın iki nəzarət-buraxılış məntəqəsinin “Taliban”ın nəzarəti altına keçdiyini bildirib. Lakin “Tasnim” agentliyindəki mənbə bu iddianı təkzib edib.
 İran qüvvələri tamamilə sərhədə nəzarət edirlər. Taliblərin İran-Əfqanıstan sərhəddindəki bir neçə nəzarət-buraxılış məntəqəsini ələ keçirməsi barədə məlumat isə həqiqətə uyğun deyil, - “Tasnim”dəki mənbə vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam