Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İrəvanda müharibədə casusluq etmiş yeni hərbçilər aşkarlandı- VİDEO

İrəvan müharibədə casusluq etmiş yeni hərbçilər aşkarlayıb-    VİDEO

Ermənistanda 20 nəfər dövlətə xəyanət və casusluqda ittiham olunur. Onlardan 14-ü barəsində həbs-qətimkan tədbiri seçilib. 
Yenixeber.org: Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti(MTX) məlumat yayıb.
MTX-nin məlumatına görə, onlara agent şəbəkəsinə cəlb olunmuş və 44 günlük müharibədə iştirak edən Ermənistan vətəndaşlarının xarici kəşfiyyatın göstərişi ilə döyüş meydanından müxtəlif hərbi informasiyaların ötürməsi barədə faktlara malikdirlər.
- Müharibənin qızğın vaxtında düşmən erməni qoşunlarının növləri və sayı, hərbi texnikası, mümkün taktikaları (hücum, müdafiə, qarşıdan gələn döyüş), yerdəyişmələr, konkret coğrafi koordinatları olan xəritəyə qədər dəqiq məlumatlar əldə edib. Bu əməllər nəticəsində düşmən Pilotsuz Uçuş Aparatlardan(PUA) və artilleriya qurğularından istifadə etməklə dəqiq zərbələr endirib, hərbi hissələri yararsız vəziyyətə salıb və onların qarşıya qoyduğu tapşırıqların həyata keçirilməsinə mane olub.

Bundan əlavə, casuslar həmkarları arasındakı öz avtoritetlərindən istifadə edərək hərbi hissələrə, döyüş mövqelərinə soxulmaqla, gizli görüntülər lentə alıblar, hərbi texnikanın növlərini və sayını, hərbi hissələrin hərəkətini qeyd ediblər. Həmçinin hərbi xəritələrin fotoşəklini çəkib, digər məlumatları əldə edərək xarici kəşfiyyat orqanlarına ötürüblər, -məlumatda deyilir.



Bildirilir ki, hazırda ibtidai istintaq davam etdirilir, casusluq şəbəkəsində iştirak edən şəxslərin dairəsinin aydınlaşdırılması, o cümlədən Silahlı Qüvvələrdə xarici kəşfiyyat orqanlarının fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.
MTX həmçinin onu da bəyan edib ki, dövlətə xəyanət zəminində istintaq idarəsinin başlatdığı digər işlərdə də döyüşçülərin strateji əhəmiyyət kəsb edən məlumat və sənədləri toplamaqla xarici kəşfiyyat xidmətlərinin nümayəndələrinə təhvil verməsinə dair bir çox yeni hallar üzə çıxıb.
- Bununla da onlar ölkənin təhlükəsizliyini zəiflətmiş, düşmənə ona tapşırılan döyüş tapşırıqlarının həllində kömək etmişlər.
Xatırladaq ki, bundan öncə qurum casusluq fəaliyyətində şübhəli bilinən 19 hərbçinin müəyyən edilərək saxlanılması barədə məlumat yaymışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam