Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyaya qarşı sanksiyaların növbəti paketi hazırlanır

Rusiyaya qarşı  sanksiyaların dördüncü paketi hazırlanır

Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı dördüncü sanksiyalar paketini hazırlayır. 
Yenixeber.org: Bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib. “Biz artıq güclü sanksiyalar tətbiq etmişik. Dördüncü paket üzərində işləyirik. Cümə günü Aİ xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenlə xüsusi görüşü olacaq”, - o deyib.
Şallenberq Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin artıq öz təsirini göstərdiyi qənaətindədir: “Birjalar bağlanıb. Rubl xeyli ucuzlaşır. Avropa İttifaqı ilk dəfə əzələlərini nümayiş etdirdi”.
Avstriya xarici işlər nazirinin sözlərinə görə, yeni sanksiyalar böyük iş adamlarına təsir edəcək, xüsusi siyahılar hazırlanır: “Növbəti əsas hədəf, belə demək mümkünsə, yuxarılar, oliqarxlar olacaq. Biz işləyirik, artıq yeni siyahılar var”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam