Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

BLİNKEN PUTİNİN İFLASA UĞRAYAN 3 MƏQSƏDİNİ AÇIQLADI - "Rusiya məğlubiyyətə düçar oldu"

"Rusiya Ukraynaya hücum zamanı qarşısına qoyduğu məqsədləri tamamilə iflasa uğratdı, strateji uğursuzluğa və mümkün məğlubiyyətə düçar oldu”.

Yenixeber.org: Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Rusiyanın üç məqsədi var idi: Ukraynanı öz iradəsinə tabe etmək, onun suverenliyini və müstəqilliyini təkzib etmək, Rusiya hakimiyyətini bərqərar etmək, həmçinin Qərbi, alyansı bölmək. Bütün cəbhələr üzrə bu planlar iflasa uğradı”, - deyə E.Blinken bildirib.

Onun sözlərinə görə, Ukrayna indi daha da birləşib.

“Bu, suveren, müstəqil Ukraynadır və Vladimir Putin səhnədə olduğundan daha uzun müddət orada olacaq”, - deyə ABŞ Dövlət katibi deyib.

O əlavə edib ki, Rusiyanın qüdrəti xeyli azalıb və ordusu xeyli geri qalıb.

“Onların iqtisadiyyatı ləngər vurmağa başlayıb. Təbii ki, NATO və Qərb də heç vaxt olmadığı qədər birlik halındadır. Ona görə də təkcə bu əsasda biz artıq Rusiya üçün dramatik uğursuzluğun şahidi oluruq", - Blinken bildirib.(Unian.net)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam