Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

"Krımda qohumlarım yaşayır, onları turistlərə satım?" - Ərdoğan Putinə CAVAB VERDİ

“Krımda qohumlarım yaşayır, onları turistlərə satım?” – Ərdoğan Putinə CAVAB VERDİ

Rusiya Prezidenti Vladimir Putin bütün vasitələrlə dünya liderlərini Krım Platforması sammitində iştirakdan çəkindirməyə çalışıb. Xüsusilə Rusiya Prezidenti Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı bu ideyadan əl çəkməyə razı salıb.

Yenixeber.org: Bunu Krım tatar xalqının lideri Mustafa Cemilev Krım.Realii-yə müsahibəsində deyib.

O, Niger və Konqo Respublikasının sammitdən son anda imtina etdiyini bildirib. Qana da sammitdə iştirak etməyi planlaşdırıb, lakin “texniki səbəblərdən” iştirak edə bilməyəcəyini bildirib.

Cemilev qeyd edib ki, bu ölkələrin iştirakı vacibdir, ona görə Rusiya şantaj və təhdidlərlə hamını uzaqlaşdırmağa çalışmayıb.

Xüsusilə, Krım tatarlarının liderinin sözlərinə görə, Rusiya Prezidenti Ərdoğanı Krım platformasında iştirakdan imtina etməyə inandırıb və bunun müqabilində Türkiyəyə turist axını vəd edib.

“Mənə dedilər ki, Putin Ərdoğana Türkiyə sammitdə iştirak etmədikcə, turist axını çoxalacaq, ticarəti genişləndirəcəyik, deyib. Ərdoğan isə cavab verib: Elə həmin yerdə (Krımda – red.) qohumlarım yaşayır. Sonra qohumlarıma deyəcəyəm ki, onları turistlərə dəyişmişəm? Və ən əsası Ukrayna bizim qonşumuzdur və Qurana görə qonşular bir-birinə kömək etməlidirlər, deyib. Bu dəfə Ərdoğan çox yaxşı çıxış edib”, – deyə Cemilev bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam