Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

İranda kütləvi qətliam oldu - Şahın oğlu yenə bəyanat verdi

İranda etiraz dalğasının miqyası getdikcə böyüyür. Hökumət qüvvələri sentyabrın 30-da Sistan-Bəllucistan mərkəzi Zahedan şəhərində kütləvi qətliam törədiblər.
Yenixeber.org: Məlumatlara görə, cümə namazından çıxan insanlar İran İnqilab keşikçiləri Ordusu (SEPAH) tərəfindən atəşə tutulub. Nəticədə onlarla ölən və yaralanan olub.
İranda bu hadisəni "qanlı cümə" adlandırıblar. Qeyd edək ki, Zahedan şəhərində əhalinin etnik tərkibini əsasən bəluc milliyətindən olan insanlar təşkil edir.Elə kütləvi qətliama məruz qalanların da bəluclar olduğu söylənilir.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Zahedan şəhərində baş verən qanlı hadisədən hiddətlənən sakinlər küçələrə axışaraq, etirazlarını sərt şəkildə bildirməyə başlayıblar. Bu zaman Zahedan Şəhər Polis İdarəsinin binasının yandırıldığı bildirilir. Eyni zamanda, qeyd edilir ki, əhali SEPAH-ın Zahedan şəhəri üzrə kəşfiyyat xidmətinin rəsini yaxalayaraq öldürüb.İran şahının mühacirətdəki oğlu Rza Pəhləvi də Zahedan şəhrində törədilən qətliamı pisləyən bəyanat yayıb. O bəyanatda bildirib:
“İslam respublikası rejimi Zahedanın "qanlı cümə"  günündə bəluc soydaşlarımızı qətl etmişdir. Bu cinayət insanların İran rejiminə qarşı qəzəbini artıracaq və xalqı onu devirməkdə daha da əzmli edəcək. İranın Birləşmiş Milləti dünyəvi, azad və firavan İrana çatana qədər milli inqilabını davam etdirəcək.
Dünyəvi, demokratik, firavan İrana nail olana qədər vahid İran xalqı milli inqilabını davam etdirəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam