Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Onlar icarə haqlarının səbəbsiz yerə artırılmasına qarşı narazılıq edirlər -VİDEO

Nəşriyyatda yerləşən media qurumlarının rəhbərləri etiraza qalxdılar - VİDEO, FOTO

Azərbaycan Nəşriyyatında yerləşən media qurumlarının rəhbərləri səbəb olmadan artırılan kommunal icarə qiymətlərinə görə, nəşriyyat binasının qarşısında etiraz aksiyası keçiriblər.
Yenixeber.org: Etiraz edən mediya rəhbərləri bildiriblər ki, əslində nəşriyyatın müqaviləsində ödənməli olan məbləğ "kommunal xərclər" kimi göstərilir, lakin ölkədə kommunal xərclər sabit qaldığı halda, icarə qiymətləri 55 faiz civarında artırılıb.
"Rəhbərliklə görüşmüşük, deyirlər ki, qiymət artımı bizlik deyil, göstəriş Prezident Administrasıyasından gəlib. Amma biz, inanmırıq ki, Prezident Administrasiyası mətbuat ocağında icarə haqlarının artırılması ilə bağlı göstəriş verilsin. Nəşriyyatın baş direktoru cavan qızdı, ümumiyyətlə bizi qəbul eləmir. Bizim istədiyimiz budur ki, icarə qiymətləri əvvəlki məbləğdə qalsın. Dövlət mətbuata yardımlar ayırdığı, köməkliklər göstərdiyi bir vaxtda, Azərbaycan Nəşriyyatı media qurumlarını narazı salır. İnanırıq ki, ali rəhbərlik səsimizi eşidəcək və haqlı tələbimizi müsbət həll eləyəcək." - deyə, baş redaktorlar bildirib. (Becan.az)





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam