Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Tramp Kanadanı ABŞ-yə "birləşdirdi" -FOTO

Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritə dərc edib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ABŞ-yə qoşulacağı təqdirdə ölkənin necə görünəcəyini göstərən xəritə dərc edib.

Yenixeber.org: Məlumata görə, ABŞ-nin gələcək lideri həmin xəritəni öz “Truth” səhifəsində dərc edib.

Onun dərc etdiyi xəritədə Kanada və ABŞ eyni rəngə boyanaraq üzərinə Amerika Birləşmiş Ştatları yazılıb.

Qeyd edək ki, bundan əvvəl Tramp bir çox kanadalının öz ölkəsinin ABŞ-ın 51-ci ştatı olmasını müdafiə etdiyini demişdi.

O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq.

Kanadanın Baş naziri Castin Trüdo isə ölkənin ABŞ-nin bir hissəsi olması üçün ən kiçik bir şansın olmadığını deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam