Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

“Yəqin ki, demokratlarla yola gedəcəyəm”

yeqin-ki-demokratlarla-yola-gedeceyem

ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərdə çoxluğu qazanan Demokratlar Partiyası ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Yenixeberorg.az: Ağ Ev rəhbərinin çıxışı qurumun “YouTube” kanalında yayımlanıb.

Tramp bildirib ki, demokratlar dağıdıcı addımlar atmaq niyyətində olmasalar, onlarla münasibətləri yaxşı olacaq:

“Yəqin ki, demokratlarla yola gedəcəyəm. Əlbəttə, onlar dağıdıcı fəaliyyət göstərmək istəməsələr. Mənim veto hüququm var. Əgər onların gördüyü işlər xoşumuza gəlməsə, buna müdaxilə edə bilərik. Artıq zəng edərək bir sıra məsələləri müzakirə etmək istədiklərini bildiriblər. Bu, normaldır”.

Xatırladaq ki, noyabrın 3-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin hər iki palatasında çoxluq əldə edib. “Associated Press”in məlumatına görə, demokratlar Senatda 53, Nümayəndələr Palatasında isə 221 yer qazanıblar. Respublikaçılar isə müvafiq olaraq 42 və 129 mandat əldə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam