Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Tuskdan Moskvaya ittiham:Rus kəşfiyyatı edib!

Polşa Rusiyanı Varşavanın ən böyük ticarət mərkəzlərindən biri olan "Marywilska 44"ün məhv edilməsində ittiham edib.

Yenixeber.org: Bu barədə Polşanın Baş naziri Donald Tusk X şəbəkəsində yanğının ildönümü ərəfəsində yazıb.

O bildirib ki, yanğını bir qrup şəxs Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə törədib:

"Hadisəni törədənlərdən bəziləri artıq saxlanılıb, bəziləri isə hələ də axtarışdadır. İndi dəqiq məlumdur ki, Varşavadakı "Maryvilska" ticarət mərkəzindəki böyük yanğın Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə törədilib. Hadisəni törədənlərin bəziləri artıq saxlanılıb, qalanların hamısı müəyyən edilib və axtarışa verilib. Hamınızı tapacağıq!".

Qeyd edək ki, ötən ilin mayın 12-də ticarət mərkəzinin demək olar ki, 80 faizi, mağazalar, eləcə də digər obyektlər yanaraq yararsız hala düşüb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam