Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Avropa İttifaqı Gürcüstana sanksiya tətbiq edə bilər -RƏSMİ AÇIQLAMA

Səfir: "Gürcüstanda son aylarda gördüyümüz ən pis şey qorxu, zorakılıq, vəhşilik və küçələrdə insanları döyənlərin tam cəzasız qalmasıdır”

“Ötən il baş verən hadisələr Gürcüstanın nə dərəcədə demokratik qaldığı və Avropa İttifaqına nə qədər qoşulmaq istəməsi ilə bağlı suallar doğurub”.

Yenixeber.org: Gürcü mediasının yaydığı məlumata görə, bu sözləri Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

Onun sözlərinə görə, Gürcüstana imtiyazlı münasibət sual altındadır: “Söhbət təkcə namizəd statusundan deyil, həm də assosiasiya sazişindən, vizasız rejimdən və azad ticarət sazişindən gedir”.

"Biz bütün bu imtiyazların layiq olub-olmadığını qərar verməliyik. Brüssel bunları nəzərdən keçirir ", - diplomat qeyd edib.

Qerçinski eyni zamanda, sanksiyalar məsələsinin də müzakirə olunduğunu vurğulayıb: "Gürcüstanda son aylarda gördüyümüz ən pis şey qorxu, zorakılıq, vəhşilik və küçələrdə insanları döyənlərin tam cəzasız qalmasıdır. Buna görə də biz Avropa İttifaqı olaraq sanksiyalar tətbiq etməyə çalışırıq. Bunun üçün Avropa İttifaqının 27 üzvünün razılığı lazımdır. Lakin indiki mərhələdə bu razılıq yoxdur. Buna görə də əksər ölkələr Gürcüstan şəhərlərinin küçələrində zorakılığa görə məsuliyyət daşıyanlara qarşı ikitərəfli sanksiyalar tətbiq etmək qərarına gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam